Naxçıvanın sabiq daxili işlər naziri həbs edildi
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Ə. Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.
Onu da qeyd edək ki, Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun adı qalmaqalda hallanıb. İttihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus” əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovun sərbəst buraxıb. İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Məhkəmə hökmünə əsasən Əvəz Əhmədovun barəsində 2 min manat cərimə cəzası müəyyən edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...