Azərbaycan bütün müttəfiqlərinə dostluq mövqeyi nümayiş etdirir

12:31 09-03-2021 | icon 1998
Azərbaycan bütün müttəfiqlərinə dostluq mövqeyi nümayiş etdirir

Ümummilli lider Heydər Əliyev xalqın tələbi və istəyi ilə hakimiyyətə
gəldikdən sonra Azərbaycanın xarici siyasətində ciddi dəyişikliklər dövrü
başlandı.

Dünya dövlətləri ilə əməkdaşlıq və dostluq sürətlə inkişaf etməyə
başladı. Ayrı-ayrı dövlətlərlə diplomatik münasibətlər yenidən qurulur, mədəni əlaqələr genişlənirdi. 2003-cü ildə cənab İlham Əliyev hakimiyyətə gəldikdən sonra açıq və prinsipial mövqe nümayiş etdirərək bütün
müttəfiqləri ilə dostluq əlaqələrini müasir tələblərə uyğunlaşdırdı. Ölkə rəhbəri bütün çıxışlarında mətbuat işçilərinə verdiyi müsahibələrdə Azərbaycanın xarici siyasətinin əsaslarına toxunub, onları izah edib.
Azərbaycan xarici siyasətində heç zaman gizli mövqe nümayiş etdirməyib.
Xarici siyasət məsələlərində ölkəmizin milli maraqları qorunub, ölkələr
arasında əməkdaşlığın inkişafına xidmət edib. Xüsusilə beynəlxalq
təşkilatlarla əməkdaşlıqda qarşılıqlı maraq və xalqların mənafelərinin
qorunmasına xidmət edən mövqe nümayiş etdirilib. Azərbaycan beynəlxalq
təşkilatlarla əməkdaşlıqda əsas prinsiplərə sadiqlik nümayiş etdirib.
Beynəlxalq təşkilatlarda təmsil olunan dövlətlərin haqq işinə həmişə
ədalətlə yanaşıb və beləliklə dövlətlər arasında öz nüfuzunun yüksəlməsinə
nail olub. Əlbəttə ki, Azərbaycanın bu mövqeyi bəzi ölkələr tərəfindən
birmənalı şəkildə qarşılanmayıb və müəyyən çətinliklər, problemlər
yaradılıb. Bu çətinliklər, problemlər Azərbaycanı haqq yolundan
çəkindirməyib. Azərbaycanın özünəməxsus mövqeyi tərəfdaş dövlətlər
üçün dəfələrlə sınaqdan çıxıb və dostluq münasibətləri daha da yüksələn
xəttlə inkişaf etməyə başlayıb. Bütün yuxarıda qeyd edilənlərin nəticəsi
olaraq deyə bilərəm ki, bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm
mədəni, həm ticarət dövriyyəsi baxımından dünyanın əksər dövlətləri ilə
əməkdaşlığını gündən-günə genişləndirir.

Orxan Məmmədov,
Saatlı rayon gənci


Digər xəbərlər

0.2281608581543