“Ağdamda qarışıq hisslər keçirirəm” - Hikmət Hacıyev

09:28 15-03-2021 | icon 2383
“Ağdamda qarışıq hisslər keçirirəm” - Hikmət Hacıyev

“Ağdamda qarışıq hisslər keçirirəm”.

Bunu caliber.az-a açıqlamasında Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bir tərəfdən bu, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev tərəfindən xalqımıza qazandırılan qələbə hissidir. Digər tərəfdən bu xarabalıqları müşahidə edərkən insan istər-istəməz bir qədər məyus olur.

Ancaq biz əminik ki, dövlətimiz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında Ağdamı bərpa edəcək və rayon yenidən gözəl görkəmini geri qaytaracaq”, - deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, ötən gün Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə media rəhbərləri və sosial media fəalları işğaldan azad edilən Ağdam rayonuna səfər ediblər.


Digər xəbərlər

0.24831891059875