Millimizin heyəti açıqlandı

09:31 15-03-2021 | icon 1822
Millimizin heyəti açıqlandı

Martın 24-də və 30-da DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Portuqaliya və Serbiya, 27-də isə qrupumuzda müsabiqədənkənar iştirak edən Qətər milli komandası ilə qarşılaşacaq, qeyd olunan oyunlara hazırlıq məqsədilə martın 15-dən təlim-məşq toplanışına başlayacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Millimizin baş məşqçisi Canni De Byazi 30 futbolçuya dəvət göndərib.

Bunlar aşaıdakılardır:

Emil Balayev ( Qarabağ),  Şahrudin Məhəmmədəliyev  (Qarabağ), Mehdi Cənnətov  (Sumqayıt),  Anton Krivotsyuk ( Neftçi), Elvin Cəfərquliyev (Qarabağ), Bədavi Hüseynov  (Qarabağ),  Sərtan Taşkın  (Zirə),  Amin Seydiyev  (Sabah),  Şəhriyar Əliyev  (Keşlə),  Azər Salahlı (Keşlə),  Tellur Mütəllimov  (Sumqayıt), Təmkin Xəlilzadə  (Sabah), Bəhlul Mustafazadə  (Sabah),  Abbas Hüseynov (Qarabağ), Elvin Bədəlov  (Sumqayıt),  Qara Qarayev  (Qarabağ),  Toral Bayramov  (Qarabağ),  Anatoli Nuriyev  (Minay) (Ukrayna),  Emin Mahmudov  (Neftçi)  Aleksey İsayev  (Sabah), İsmayil İbrahimli  (Qarabağ), Rəhim Sadıxov, Xəyal Nəcəfov,  Vüqar Mustafayev (hamısı Sumqayıt),  Coşqun Diniyev  (Sabah), Ramil Şeydayev  (Sabah), Namik Ələskərov (Neftçi), Mahir Emreli (Qarabağ),  Amil Yunanov (Səbail),  Əli Qurbani (Sumqayıt).

Qeyd edək ki, Maksim Medvedev milli komandanın baş məşqçisi Canni De Byaziyə müraciət edərək şəxsi məsələləri ilə əlaqədar toplanışa cəlb olunmamasını xahiş edib. Baş məşqçi M.Medvedevin xahişini müsbət cavablandırıb.


Digər xəbərlər

0.26097393035889