AÇ-2020 azarkeşlərin iştirakı ilə keçiriləcək
AÇ-2020-nin oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək. Bu barədə UEFA prezidenti Aleksandr Çeferin “Sky Sports”a açıqlamasında deyib.
O, AÇ-2020-də bütün oyunların azarkeşlərin iştirakı ilə keçiriləcəyini və bunu qəbul etməyən ölkələrdən ev sahibliyinin alınacağını bildirib:
“Bir neçə ssenarimiz var. AÇ-2020-də hansısa bir oyunun azarkeşsiz keçirilməsi ehtimalı yoxdur. Ev sahibi hər ölkə oyunların azarkeşlərlə keçirilməsini təmin etməlidir. Yekun qərar aprelin 20-də veriləcək”.
AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...