AFFA milli komandamıza daha bir rəqib tapdı

08:14 18-03-2021 | icon 1844
AFFA milli komandamıza daha bir rəqib tapdı

Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

Canni De Byazinin rəhbərlik etdiyi kollektiv iyunun 5-də Kişinyov şəhərində Moldova yığması ilə qarşılaşacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Azərbaycan milli komandası mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də isə Minsk şəhərində Belarus yığması ilə də üz-üzə gələcək.

Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsində martın 24-də Portuqaliya, 27-də Qətər, 30-da isə Serbiya ilə qarşılaşacaq.


Digər xəbərlər

0.31249403953552