Millimiz UEFA xətti ilə testdən keçəcək
Futbol üzrə Azərbaycan milli komandası martın 21-də koronavirus testindən keçiriləcək.
Testlər UEFA-nın vəsaiti hesabına aparılacaq. Avropa futbol qurumu seçmə mərhələnin startı ərəfəsində COVID-19 yoxlamalarının aparılması xərclərini öz üzərinə götürülüb. Nəticələr ertəsi gün bilinəcək.
Ukrayna "Minay"ından milliyə ilk dəfə dəvət almış Anatoli Nuriyev də sabah kollektivlə birgə olacaq. O, az öncə başa çatmış Premyer Liqanın XIX turunun səfər qarşılaşmasında "Mariupol"a qarşı forma geyinib. Görüş qolsuz yekunlaşıb - 0:0.
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...