"Neftçi"nin futbolçusu "Milan"a keçidindən danışdı
"Milan klubundan zəng gələndə bir saniyə belə çəkinmədim. Bir neçə il əvvəl "Latsio"ya keçməyə yaxın idim, lakin Rusiya MOİK-i bu təklifi rədd etdi".
Bu fikirləri "Neftçi"nin futbolçusu Keysuke Honda "La Gazzetta dello Sport"a müsahibəsində İtaliyanın "Milan" klubuna keçidi barədə danışarkan deyib.
35 yaşlı yarımmüdafiəçi xəyallarını gerçəkləşdirdiyi üçün sabiq vitse-prezident Adriano Qallianiyə təşəkkür edib.
2014 - 2017-ci illərdə Milan təmsilçisinin formasını geyinən yaponiyalı oyunçu həmin dönəmdə klubda problemlərin çox olduğunu diqqətə çatdırıb: "Milan"ın ən yaxşı futbolçuları almaq üçün pulu yox idi. "Normal" oyunçular bu klubun formasını geyinə bildi. Strategiya yox idi, çünki 3 aydan bir yeni baş məşqçi gəlirdi. Belə vəziyyətdə nəticələr qazanmaq mümkün deyil".
Honda Alessio Romanyoli və Mario Balotellinin həmin vaxt istənilən səviyyədə çıxış etmədiyini sözlərinə əlavə edib:
Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...