Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahətlə bağlı rəsmi Ankaradan - Açıqlama
10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq müddəti hər iki ölkədə sona çatıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sözügedən protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.
Beləliklə, iki ölkə vətəndaşları Türkiyə ilə Azərbaycan arasında birbaşa uçuşlar zamanı pasporta ehtiyac olmadan yalnız yeni növ şəxsiyyət vəsiqələrini təqdim edərək səyahət edə bilərlər.
“1 aprel 2021-ci il tarixindən etibarən can Azərbaycan ilə həyata keçiriləcək yeni tənzimləmə ölkələrimiz arasında “iki dövlət, bir millət” ifadəsində ifadə olunan möhkəm qardaşlıq bağlarını daha da gücləndirəcəkdir”,- deyə Türkiyə XİN-in açıqlamasında qeyd olunub.
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...