Erməni vəhşiliyi-rəsmi İrəvanın siyasi təfəkkürünün təzahürüdür

14:50 28-03-2021 | icon 1716
Erməni vəhşiliyi-rəsmi İrəvanın siyasi təfəkkürünün təzahürüdür

30 ildən artıq bir müddətdə erməni vəhşilərinin xalqımızın başına gətirdikləri faciələr,
torpaqlarımızı işğal etdikdən sonra bununla kifayətlənməyib, həmin torpaqları tanınmaz
hala salaraq daşı-daş üstə qoymayıb, binaları və tikililəri sökərək yaşayış məntəqələrini
yerlə-yeksan etmələri, tarixi irsimizi silmək istəmələri hər bir azərbaycanlının qəlbini
inlədən acı həqiqətdir. Vaxtı ilə Azərbaycanımızın ən füsunkar guşəsi olan cənnət-
məkan Qarabağdan əsər-əlamət belə qalmayıb. Ermənilər binaları sökməklə
kifayətlənməyib, talançı kimi sökdükləri daşları da aparmış, ağacları kəsərək meşələri
məhv etmiş, parkları, tarixi abidələri yerlə-yeksan etmişlər. Ermənistanı müdafiə edən,
hər zaman onların arxasında dayanan xarici qüvvələr artıq gözlərini açıb bu vandalizmi,
vəhşiliyi görüb qəbul etməlidirlər. Birinci Qarabağ müharibəsindən sonra işğal
müddətində edilən bu vandalizm aktları Azərbaycan media qurumları və sosial şəbəkə
istifadəçiləri tərəfindən lazımi qaydada işıqlandırıldı və beləliklə, onların iç üzünü açıb
dünyaya göstərmiş olduq. Rəsmi İrəvanın bu siyasəti bir çox dövlətlər tərəfindən nifrətlə
qarşılandı, işğal altında olan torpaqların, kəndlərin, şəhərlərin yerlə-yeksan edilməsi
erməni vəhşiliyini bir daha bütün dünyaya sübut etmiş oldu. Qeyd olunanları təəssüf
hissi ilə qarşılamış olsaq da, inanırıq ki, cənab Prezident İlham Əliyevin xalqa verdiyi
bütün vədlər öz həllini tapacaq, gözəl Qarabağımızda əvvəlki normal həyat tərzi bərpa
oluncaq, bu ərazilərdə icra olunacaq infrastruktur layihələr fasiləsiz olaraq həyata
keçiriləcəkdir.
15 martda Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi təşkil olundu. Artıq
azad olunmuş torpaqların bərpasına da başlanılmışdır. Füzuli-Hadrut avtomobil yolunun
inşası azad edilən ərazilərin bərpası üçün də xüsusi əhəmiyyət kəsb edir. Bununla
bərabər yaxın gələcəkdə Bərdə-Ağdam yolunun çəkilişi də icra olunacaq, Horadizdən
Zəngilana qədər də yol çəkiləcəkdir. Dörd hərəkət zolaqlı Hadrut-Cəbrayıl-Şükürbəyli
avtomobil yolu və yolboyunca da avtomobil körpüləri inşa ediləcəkdir.
Artıq müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işlərinin
aparılması hər bir azərbaycanlının qəlbini öz Prezidentinə qarşı iftixar hissi ilə doldurur.
Biz hamımız əminik ki, cənab Prezidentimizin böyük əzmi sayəsində Qarabağ yenidən
gülüstana çevriləcəkdir.

Məmmədov Cəfər Ərəstun oğlu
Saatlı şəhər C.Cabbarlı adına şəhər 3 saylı məktəbin direktoru


Digər xəbərlər

0.3138861656189