Aprelin 5-dən Bakı başda olmaqla bu rayonlarda məktəblər bağlanır - Rəsmi
Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.
Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.
Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” virusundan qorunmağı bir daha tövsiyə edir.
-
Prezident bir qrup rektoru təltif edib
...
-
Şərəfli müəllim ömrü - Aidə İsmayılova
...
-
Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin şagirdi maksimum bal toplayıb
...
-
ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır!
...
-
ASAPES-də "Basics to spesifics" kitabının təqdimatı keçirilib
...
-
Kooperasiya Universitetinin bağlanacağı iddiası ilə bağlı - Açıqlama
...
-
Emin Əmrullayev onu müdir təyin etdi
...
-
Tələbələr hansı hallarda ali təhsil müəssisəsindən xaric ediləcəyi məlum olub
...
-
GDU-dakı qanunsuzluğa nə vaxt son qoyulacaq? - ŞİKAYƏT
...
-
Müəllimlərə şad xəbər - Yenilik
...