Cüdoçumuzdan bürünc medal
Türkiyənin Antalya şəhərində cüdo üzrə "Böyük Dəbilqə" yarışına start verilib.
93 ölkənin idmançılarının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycanı 13 cüdoçu təmsil edir. Yarışın ilk günü mill komandamız aktivinə bir bürünc medal yazdırıb. Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə 1/16 finalda Çingizxan Saginaliyevi (Qırğızıstan) və 1/8 finalda Dmitri Minkounu (Belarus) mübarizədən kənarlaşdırıb. Sonra idmançımız 1/4 finalda komanda yoldaşı Orxan Səfərovla görüşüb və qarşılaşmadan qalib ayrılıb. Yarımfinalda yapon cüdoçu Abeyə uduzan Nicat 3-cü yer uğrunda qarşılaşmada Fransanı təmsil edən Kilian Le Bloşla üz-üzə gəlib. Rəqibinə qalib gələn Nicat Şıxəlizadə bürünc medal qazanıb.
Qeyd edək ki, "Böyük Dəbilqə"yə aprelin 3-də yekun vurulacaq.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...