Ermənistan hər zaman Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, siyasi və hərbi danışıqları pozmağa çalışırdı

14:28 05-04-2021 | icon 2118
Ermənistan hər zaman Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, siyasi və hərbi danışıqları pozmağa çalışırdı

XX yüzilin tarixinə ən faciəli münaqişələrdən biri kimi həkk olunan
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi milyonlarla insanın
taleyində dəhşətli izlər qoydu. 1988-ci ildə erməni tərəfinin
havadarlarına arxayın olaraq tarixi Azərbaycan torpaqlarına ərazi
iddiaları və bu iddialar fonunda etnik təmizləmə siyasətinin həyata
keçirilməsi sonunda Ermənistanın Azərbaycan torpaqlarına hərbi
təcavüzü ilə nəticələndi. 1990-ci ildə Ermənistanda müharibəni təbliğ
edən ifrat millətçi və sovinist qüvvələr hakimiyyətə yiyələndilər. Bu isə
onların təcavüzkar müharibəyə başlamasını sürətləndirdi. Ermənistan
münaqişənin ilk vaxtlarından hərbi üstünlüyə malik idi və problem öz
müharibə məqsədlərinə uyğun olaraq güc yolu ilə həll etməyə üstünlük
verib və danışıqlar prosesinə yalnız beynəlxalq ictimai rəydə görüntü
yaratmaq məqsədi ilə yararlanırdı. Ermənistan illər ərzində
Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, siyasi və hərbi
danışıqları pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan
mövcud status kvonu davam etdirməklə müharibə məqsədlərinə nail
olmağı düşünürdü. Lakin illər sonra ağıllarına da gəlmədi ki, bu
müharibə özlərinin sonu onlar üçün biabrçı məğlubiyyətlə bitəcək.
Sentyabrın 27-də başlayan müharibə də Azərbaycan ordusu BMT
təhlükəsizlik şuranın kağız üzərində qalan qətnaməni təkbaşına
reallaşdırıb. Hərb meydanında düşmənə qalib gəldi və cəbhə xəttinin
bütün istiqamətlərində əməliyyat şəraətinə tam nəzarət etdi.
Ermənistan rəhbərliyi isə prezident İlham Əliyevin bəyan etdiyi şərtlərlə
razılaşmağa məcbur oldu.


Ramella İsmayılova,
Saatlı şəhər Bülbül adına Uşaq Musiqi məktəbinin direktoru


Digər xəbərlər

0.25044798851013