Samirə “Eurovision”dan öncə peyvəndlənib
“Tarixi çox sevirəm. Kleopatra və Mata Hari kimi güclü qadınlara heyranam və ilham alıram. 2021-ci ildə seçimlər arasında çox mahnı var idi, amma müsabiqədə “Mata Hari” mahnısı ilə çıxış etməyi çox istəyirdim. Bu parçanın peşəkar musiqiçilərdən ibarət fokus qrupu tərəfindən seçilməsinə sevindim”.
Bu sözləri Azərbaycanı bu il “Eurovision”da təmsil edən müğənni Samirə Əfəndi “Fatehin divanı” proqramına qonaq olarkən deyib.
29 yaşlı sənətçi qeyd edib ki, 6 ildən sonra “Eurovision” səhnəsinə çıxacaq: “Çox insanın Mata Hari haqqında məlumat əldə etməsi, hekayə və mənimlə maraqlanmaları çox xoşdur. Ancaq bir casus ola bilməzdim, belə bacarığım yoxdur. Bundan əlavə, bek-vokalların Azərbaycan dilində olan frazaları özüm oxumuşam. Bu günə kimi Azərbaycan dilində bir cümlə belə olmayıb. İndi qoy dilimizi bilsinlər”.
Həmçinin, Samirə Niderland səfəri ərəfəsində ona vaksin vurulduğunu bildirib: “İki dəfə peyvənd olunmuşam”.
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...