Neftin bahalaşması sürətləndi
ABŞ hökumətinin ölkədəki neft ehtiyatlarının həcminə dair rəsmi açıqlaması ərəfəsində neftin qiymətləri artmaqda davam edir.
Bakı vaxtı ilə saat 14:11-ə olan vəziyyətə görə, “Brent” markalı neftin iyun fyuçersləri 0,99 faiz bahalaşaraq 63,35 ABŞ dollarından, WTI markalı neftin may fyuçersləri isə 0,91 faiz bahalaşaraq 59,86 dollardan satılıb.
API-nin məlumatına görə, ötən həftə ABŞ-dakı neft ehtiyatları 2,62 milyon barel azalıb. Bu gün axşam hökumətin verəcəyi rəsmi açıqlamada 1,44 milyon barel azalmanın bildiriləcəyi gözlənilir.
Bununla yanaşı, “Brent” markalı neftin qiymətinin 60-65 dollar arasında sabitləşəcəyi güman edilir.
“OPEC+ çərçivəsində artacağı deyilən hasilat müvafiq şəkildə tələbat artımı ilə də təmin olunmalıdır”, - “Saxo Bank” eksperti Ole Hansen bildirib.
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...