İlham Əliyev Putinlə telefonla danışdı
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı olub.
Bu barədə kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, prezidentlər Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.
"Dağlıq Qarabağ ətrafında vəziyyət, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və bu il 11 yanvar tarixli bəyanatlarına uyğun olaraq onun daha da sabitləşməsi müzakirə edildi.
Xüsusilə sülhün təmin olunması, təhlükəsizlik və bölgənin mütərəqqi sosial-iqtisadi inkişafı, habelə nəqliyyat-kommunikasiya sistemlərinin bərpası üzrə işlərin gedişatından danışıldı. Müxtəlif formatlarda əlaqələrin gücləndirilməsi barədə razılığa gəlindi”, - deyə Kremlin məlumatında deyilir.
***
Azərbaycan Prezidentinin mətbuat xidməti də Prezident İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığına dair məlumat yayıb.
Məlumatda bildirilir ki, telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsi davam etdirilib.
"Söhbət zamanı xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətraflı şəkildə nəzərdən keçirilib. Bu baxımdan aprelin 7-də Moskvada Rusiya-Ermənistan yüksək səviyyəli görüşünün yekunları nəzərə alınıb. Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərara alınıb", - deyə məlumatda qeyd olunub.
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...