Cavanşir Paşazadə - Şəxsiyyət meyarı və vətəndaş amalı ilə

11:18 22-04-2021 | icon 1265
Cavanşir Paşazadə - Şəxsiyyət meyarı və vətəndaş amalı ilə

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Paşazadə bu gün gördüyü işlərlə vətənə məhəbbət hisslərinə ləyaqətlə sahib çıxaraq dövlət və dövlətçiliyə sədaqətlə var gücü ilə xidmət edir

Heç də uzaq olmayan tarixi keçmişimizdə – Sovetlər dönə­min­də çox zaman insanlara şəxsi key­fiyyətlərinə, el-oba ara­sında qa­zan­­dığı hörmətə görə yox, sa­dəcə olaraq tərcümeyi-hal göstə­ri­ci­lə­ri­nə görə qiymət verirdilər. Yəni filankəs filan yerdə təhsil alıb, fi­lan vəzifədə çalışıb. Kimisə bir rəhbər vəzifəyə təyin edəndə də ilk növbədə bu göstəricilər əsas götürülürdü. Amma atalar nahaq­dan deməyib ki, elin gözü tərəzədir. Eldə-obada adama tutduğu vəzifəyə görə yox, insanlığına, el adamı olmasına görə hörmət edirlər. Vəzifəni gəldi-gedər, insanlığı, xeyirxahlığı isə əbədi, heç zaman unudulmayan kimi dəyərləndiriblər. Vəzifəni məq­səd yox, elinə-obasına daha çox xeyir vermək üçün bir vasitə hesab edənlər isə vəzifə adamı ol­maqdan çox el adamı olmağa çalışıblar, bundan qürur duyub­lar. Çünki yaxşı biliblər ki, insanı yaşadan onun əməlləridir.

Dövlətin, xalqın etibar et­diyi vəzifə ilə el-oba qarşısındakı məsuliyyəti uğurla uzlaşdırıb böyük hörmət və nüfuz qazanan insanlar çox olub. Belə insanlardan söz düşəndə yadıma ilk düşənlərdən biri də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Paşazadədir.

Qeyd edək ki, Cavanşir Paşazadə 1953-cü il aprelin 12-də Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Rus, fars, özbək və tacik dillərini bilir. 1977-ci ildən Lənkəran Su Tikinti İdarəsində texnik, mühəndis, suvarma istehsalatında sahə ustası, sahə rəisi, tikinti trestində əmtəəşünas, usta işləmişdir. 1986-cı ildən Lənkəran Texniki Materiallar Bazasında mühəndis, neft məhsulları bazasında operator, paylayıcı briqadir, direktor müavini olmuşdur. 1992-ci ildən Lənkəran 3 saylı çay fabrikinin direktoru, 1998–2005- ci illərdə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Aqrar siyasət komitəsinin, İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür. Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İraq, Özbəkistan, Pakistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

O, əsl xalqa xidmət nümunəsi olan Ulu Ondər Heydər Əliyev və onun siyasi irsini ləyaqətlə davam və inkişaf etdirən Prezident Cənab İlham Əliyevin yürütdüyü siyasətə xidmət edir və Dövlət başçısının göstərdiyi nümunəvi idarəçiliyi, ona göstərilən yüksək etimada layiq olmağa çalışır.

El hörməti qazanıb, çünki düz olub ilqarı, düz olub andı. Heç kəsi özündən incik salmır, eli-obası yolunda şam kimi yanır. Ömür yollarında dolub boşalsa da, həyat­da amalı yalnız halallıqdır. Elə buna görə də başıuca, alnıaçıq yaşayır. Xalqın gözündə ucalıb.

Mənalı bir ömür yaşayan, taleyini dogma elinin iqtisadi yük­sə­lişinə, mənəvi yetkinliyinə həsr edən Cavanşir müəllimin əməyi həm eldə-obada, həm də dövlət tərəfindən yüksək qiymətləndirilib.

Bu gün deputatı olduğu Lənkəran-Masallı seçki dairəsinin sakinləri onu bir el ağsaqqalı kimi qəbul edir, sözünü eşidir, dəyərli məsləhətlərinə əməl edirlər.


Digər xəbərlər

0.25659990310669