Qazi və şəhid ailələrinə sistemli şəkildə qayğı göstərilir

17:52 13-04-2021 | icon 1590
Qazi və şəhid ailələrinə sistemli şəkildə qayğı göstərilir

Əgər biz dünya tarixinə bir daha nəzər salsaq tarixin istənilən dövründə kiçik və böyük
həcmli və ya lokal xarakterli müharibələrin olduğunun şahidi olarıq. Bu müharibələrin
başlanma səbəbləri də müxtəlif olduğu kimi, bitmə səbəbləri də müxtəlif olur. Bir tərəfin
digər tərəf üzərində tam qələbəsi, digər tərəfin tam məğlubiyyəti ilə bitən müharibələr;.
Hər iki tərəfin müəyyən şərtlər daxilində atəşkəs imzalayaraq döyüşləri dayandırması ilə
bitən müharibələr;. lokal müharibələr on illərlə, uzun sürən mübaribələrdir ki, bütün
bunların təsiri nəticəsində şəhərlər, kəndlər, təbiət dağıdılaraq viran olur, xarabalıqlara
çevrilir. Ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyir, bütün bunlar azmış kimi insanlar
qırılır, yaralanır, əlil olur, uşaqlar valideynlərini itirərək yetim qalır. Belə bir dəhşətli
faciələrin şahidi və iştirakçısı olan Azərbaycan dövləti otuz ilə yaxındır ki, Erməni silahlı
qüvvələri tərəfindən hücuma məruz qalmışdır. Bu hücumlar zamanı Azərbaycanın
ayrılmaz hissəsi olan Qarabağ Ermənilər tərəfindən işğal olunmuşdur. Ali Baş
Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz əks-hücuma keçərək düşmənin layiqli
cavabını vermiş və onları geri oturtmuşdur. Beləliklə Qarabağ düşməndən azad
edilmişdir.


İqtisadiyyatımızla yanaşı düşmənə qarşı qəhrəmanlıqla döyüşən əsgərlərimiz güclü
zərbələr almış, yaralanmış, qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalmışlar.
Bütün bu döyüşçülərimiz Azərbaycanın şanlı qələbə tarixini yazan igidlərimizdir.
Onların zəhmətini nəzərə alan dövlətimiz sistemli olaraq qazi və şəhid ailələrinə qayğı
göstərmiş və göstərməkdə davam edir.


Şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün küçə və parklara, məktəblərə onların
adları verilmişdir. Şəhidlərin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbiçilər
üzrə 1323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki
şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunmuşdur. İstər birinci Qarabağ
şəhidlərinin ailə üzvlərinə və əlillərə, istərsə də ikinci Qarabağ şəhidlərinin ailə üzvlərinə
və əlillərə dövlətimiz tərəfindən yeni evlər tikilmiş və onları mənzillərlə təmin etmişdir.
Bu artıq Azərbaycanda ənənə halını almışdır.


Onların ən vacib problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir. Hər ay
mütəmadi olaraq onlara müavinətlərin verilməsi bir daha göstərir ki, onlar hər zaman
dövlətimizin diqqət mərkəzindədir. Qazi və şəhid ailələrinə qayğı və diqqət çox şəffaf
şəkildə həyata keçirilir. Bu işlərdə Ali Baş Komandan İlham Əliyev cənablarının xüsusi
diqqəti var.


Gələcək illərdə Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə qazi və şəhid ailələrinə qayğı və
diqqət daha da artırılacaq. Onların istər Azərbaycanda, istərsə də xaricdə tibbi
xidmətlərə olan ehtiyacları daha da genişlənəcəkdir. Qazi və şəhid ailələrinə qayğı
sistemli xarakter daşıyır və bu işlər gələcəkdə daha da genişləndiriləcəkdir.


Fərəcov Nazim
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.22398900985718