3 cüdoçumuz AÇ-də mübarizəyə başlayır

10:40 16-04-2021 | icon 2451
3 cüdoçumuz AÇ-də mübarizəyə başlayır

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatı start götürəcək. Yarışa 45 ölkədən 362 idmançı qatılıb.

Turnirə 9 idmançı ilə yollanan Azərbaycan yığmasının 3 üzvü  - Kəramət Hüseynov, Orxan Səfərov, Nicat Şıxəlizadə bu gün tatamiyə çıxacaq. 

Kişilər

60 kq

Kəramət Hüseynov mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi Nikolae Foca (Moldova) olacaq.  

66 kq

1/16 final

Orxan Səfərov – Amit Boboviç (İsrail)

Nicat Şıxəlizadə - Matey Polyak (Slovakiya)


Digər xəbərlər

0.30489802360535