Rəsmi İrəvanın işğalçı siyasətinə son

09:45 19-04-2021 | icon 1984
Rəsmi İrəvanın işğalçı siyasətinə son

İkinci Qarabağ müharibəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan ordusunun qələbəsi ilə başa çatdı. Biz azad olunan torpaqlarda ermənilərin
milyonlarla dollar vəsait sərf edib nəhəng istehkamlar, müdafiə xətləri tikdiklərinin
şahidi olduq. Bu onların həmin əraziləri həmişəlik işğalda saxlamaq istədiklərini,
münaqişənin həllində yox,dondurulmasında maraqlı olduqlarını bir daha subut etdi.
Birinci Qarabağ müharibəsində Ermənistan dəhşətli müharibə cinayətləri törədib,lakin
o vaxt məlum səbəblərdən bu cinayətlərin coxu sənədləşdirilməyib, beynəlxalq
içtimaiyyətə çatdirilmayıb.İkinci Qarabağ savaşı zamanı dünya bir daha erməni
barbarlığının şahidi oldu. Gəncə şəhəri ballestik raketlərlərlə vuruldu, balaca Tərtər
şəhərinə 16 min bomba atıldı, Naftalan, Bərdə şəhərləri və bir çox yaşayış
məntəqələrimiz raketlərlə bombalandı, artilleriya atəşinə tutuldu, çox sayda mülki
vətəndaşlarımız həlak oldu və yaralandı. Çünki ermənilərin əsas hədəflərindən biri də
bizim mülki insanlarımız idi.
İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan ordusu bədnam Ermənistan
ordusunu darmadağın etdi.Ermənistan təslim olmaq haqqında sazişi imzalamağa
məcbur oldu. Amma belə görünür ki, Ermənistan rəhbərliyi heç də bu biabırçı
məğlubiyyətdən dərs almayıb. Ancaq rəsmi İrəvan bunu açıq-aydın bilməlidir:hər hansı
revanş niyyətin qarşısı Azərbaycan tərəfindən qəti alınacaq, çünki Qarabağ
babalarımızın əzəli torpağıdır, Qarabağ Azərbaycandır!

Əfqan Cəfərov,
Saatlı rayonu Orta Muğan kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.25784206390381