UEFA ÇL-in formatını rəsmən dəyişdi, qrup mərhələsi ləğv olundu

07:58 20-04-2021 | icon 1476
UEFA ÇL-in formatını rəsmən dəyişdi, qrup mərhələsi ləğv olundu

UEFA futbol üzrə Çempionlar Liqasının formatını dəyişib.

Bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Yeni reqlamentə əsasən, 2024/25 mövsümündən etibarən komanda sayı 32-dən 36-ya qədər artırılacaq. Qrup mərhələsi isə ləğv olunacaq.

 

Liqa formatında təşkil olunacaq turnirdə hər klub minimum 10 oyun (5 ev, 5 səfər) keçirə biləcək. İlk səkkiz pillənin sahibi avtomatik olaraq 1/8 finala yüksələcək. 9-24-cü sırada yer alan komandalar isə son 8 vəsiqə uğrunda pley-off matçları oynayacaq. Duellər iki qarşılaşmadan ibarət olacaq.

Əlavə yerlərdən biri UEFA reytinqdə 5-ci olan ölkənin çempionatında üçüncü yeri tutan kluba veriləcək. Daha bir vəsiqəni Çempionlar yolu ilə mərhələ adlayan komanda qazanacaq. Belədə, bu cür vəsiqələrin sayı dörddən beşə yüksələcək. Qalan iki yer Çempionlar Liqasının qrupunda mübarizə aparmayan, lakin avrokubokların təsnifat mərhələsinin iştirakçısı olmuş son 5 ilin ən yüksək reytinqli klubları üçün ayrılıb.

Analoji format dəyişikliyi Avropa Liqası və Konfrans Liqasına da təsir edəcək. Əlavə müzakirə və razılığa əsasən, hər iki yarışda komanda sayı 36-ya qədər artırıla bilər.

Avrokuboklarda finala qədər bütün oyunlar ölkələrin daxili çempionatlarının təqvimi də nəzərə alınmaqla, həftə içi oynanılacaq.


Digər xəbərlər

0.28816604614258