İdman ictimaiyyəti Hərbi Qənimətlər Parkında olub
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə idman ictimaiyyətinin bir qrup nümayəndəsi, idmançılar və könüllülərdən ibarət heyət Hərbi Qənimətlər Parkında olub.
Baş İdarənin rəisi Raqif Abbasovun verdiyi məlumata görə, ziyarət Gənclər və İdman Nazirliyinin tövsiyəsi əsasında gerçəkləşib.
R.Abbasovun sözlərinə görə, pandemiya ilə əlaqədar ziyarətçilər məhdud sayda olub. O, idman ictimaiyyətinin digər nümayəndələrinin də müxtəlif vaxtlarda Parkı mərhələli şəkildə ziyarət edəcəklərini söyləyib: "Əsas məqsəd ondan ibarətdir ki, rəşadətli Azərbaycan Ordusu, onun göstərdiyi qəhrəmanlıqlar, Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi strategiyası və tapşırıqları əsasında əldə olunan uğurlar haqqında gənc idmançılar və idman ictimaiyyəti məlumat əldə etsin".
Baş İdarənin rəisi idman ictimaiyyətinin də Vətən müharibəsində şəhidlər verdiyini xatırladıb: "İdman ictimaiyyəti Vətənin müdafiəsinə və müstəqilliyin qorunması üçün Prezidentin ətrafında sıx birləşməyə bundan sonra da hazır olduğunu bildirib. Onlar burada gördüklərini ölkə xaricindəki idman yarışlarında və müxtəlif sosial şəbəkələrdə təbliğ edəcəklər".
-
AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı
...
-
Azərbaycan futbolunda tarixi ay
...
-
Zaur Qəhrəmanov istefa verdi
...
-
Nazirlər güləşçilərlə görüşdü - Fotolar
...
-
Firdovsi Umudov Xüsusi Konqresdə iştirak etdi - Fotolar
...
-
"Qarabağ" çempionluğunu rəsmiləşdirdi
...
-
“Qarabağ” çempionluq matçına çıxır
...
-
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
...
-
“Qarabağ” sabah çempion ola bilər
...
-
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub
...