Rəşad Dağlıya cəza verildi
Tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov Rəşad Vaqif oğlu) növbəti dəfə karantini pozub.
Aprelin 19-da Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, məclisdə meyxanaçı Rəşad Dağlı da iştirak edib.
R.Dağlı və onun dostları karantin qaydalarını pozduqları üçün ümumilikdə 82 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Qeyd edək ki, Rəşad Dağlı ötən ilin avqust ayında da karantin qaydalarını pozduğu üçün cərimələnmişdi. O, avqustun 29-da Binəqədi rayonu, Biləcəri qəsəbəsində vəfat etmiş meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində iştirak etmişdi.
-
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır
...
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...