Qeyri-neft sektorunun inkişafına xidmət edən dövlət təşəbbüsləri

10:30 23-04-2021 | icon 1798
Qeyri-neft sektorunun inkişafına xidmət edən dövlət təşəbbüsləri

Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın
şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Hər kəsə məlumdur ki, qeyri-neft
sektorunun inkişaf etdirilməsi məsələsi ölkəmizdə diqqət mərkəzində saxlanılır.
Regionların inkişafı, müasir iqtisadi və sosial infrastrukturun yaradılması və digər
layihələr reallaşdırılır. Hal-hazırda təsdiq olunmuş bütün dövlət proqramları mərhələli
şəkildə icra olunur. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı dövlət
proqramı uğurla icra edilir. Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox
amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Azərbaycanda lazım olan bütün
istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün  gözəl biznes 
mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi, təhlükəsizlik təmin edilib, əlverişli coğrafi
yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar,  ixrac bazarları, qonşu ölkələrlə yaxşı
işgüzar münasibətlər  var. Biznes üçün şərait yaxşılaşıb. Yeni  açılan obyektlər
rayonların gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcəkdir. Azərbaycanda
kənd təsərrüfatı sahəsində aparılan islahatlar dayanmadan şaxələnir. Böyük
aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Eyni
zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki
istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir. Bütövlükdə Azərbaycanda 50-dək
aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir çoxu artıq fəaliyyətdədir. Bildiyiniz
kimi, aqroparklar milli iqtisadiyyatımızın perspektiv istiqamətərindən biridir.
Aqroparklarda ən müasir aqrotexniki tədbirlər tətbiq olunduğu üçün burada daha bol
məhsul yetişdirilir və məhsuldarlıq yüksək olur. Regionlarda böyük aqroparklar fəaliyyət
göstərir və minlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilir. Bundan əlavə,
Azərbaycanda artıq avtomobil sənayesi sahəsidə durmadan inkişaf edir. Naxçıvan
avtomobil zavodu, Gəncə avtomobil zavodu, Neftçala avtomobil zavodu və indidə yeni
açılmış Hacıqabul sənaye məhəlləsində yerləşən yeni zavod avtomobil sənayesi
sahəsində inkişafımızı artırmaqla bərabər həm qeyri-neft sektorunda iş yerlərinin
artmasına, həm daxili bazarda vətəndaşların daha münasib qiymətə yeni avtomobil
sahibi olmasına, həmçinin də ölkənin iqtisadiyyatına çox böyük töhvə vermiş olur.
İşğaldan azad olunmuş ərazilərimiz qeyri-neft sektoru üçün çox böyük potensiala
sahibdir. Həmin ərazilər minalardan tam təmizləndikdən sonra burada aparılacaq işlər,
yaradılacaq yeni iqtisadi sahələr ölkəmizin neft sektorundan asıllığını böyük ölçüdə
azaldacaqdır. Buda öz növbəsində iqtisadiyyatımızın daha da güclənməsinə və xalqın
sosial rifahının yüksəlməsinə zəmin yaradacaqdır. Mən inaniram ki, Cənab Prezident
İlham Əliyevin uzaqgörən siyasəti və öndərliyi sayəsində Azərbaycan yaxın 5 illikdə
tarixinin ən böyük çiçəklənmə dövrünü yaşayacaq, dünyanın inkişaf etmiş ölkələri
sırasına qoşulacaqdır!


Məmmədova Gültəkin,
Saatlı rayon Peşə liseyinin müəllimi


Digər xəbərlər

0.30594396591187