İcra başçısının danlanmasına səbəb olan park abadlaşdırılır
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlarından sonra rayon ərazisində yerləşən "EKO park"da abadlaşdırma işlərinə başlanılıb.
Park ərazisində antisanitar vəziyyətin qarşısı alınıb. Abadlaşdırma işləri çərçivəsində parkda tullantı suları üçün yeni drenajlar qurulur.
Eyni zamanda, orada eldar və geparis şamları əkilib.
Ümumi sahəsi 6 hektardan çox olan parkda 1150 ağac əkilib və daha 2000 ağacın əkilməsi nəzərdə tutulur.
Məlumata görə, parkdakı 6 atraksion yenilənəcək və parka daimi nəzarət üçün mühafizəçilər ayrılacaq.
Qeyd edək ki, EKO park 2014-cü ildə əvvəllər köhnə yod zavoduna aid olan ərazidə salınıb. O vaxtdan bəri açılışı olmayan park bərbad vəziyyətdə idi.
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...