Mehriban Əliyeva veteranları təbrik etdi

10:42 09-05-2021 | icon 1470
Mehriban Əliyeva veteranları təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 9 May - faşizm üzərində Qələbə Günü münasibətilə veteranları təbrik edib.

Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında paylaşdığı təbrikdə deyilir: 

 

"Əziz veteranlar!

Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə - sülh və əmin-amanlıq arzulayıram!

Qələbə Gününüz mübarək!".

 

 

Digər xəbərlər

0.27518796920776