29 il sonra Cıdır düzündə festival - Foto
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalına start verilib.
Cıdır düzündə təşkil olunan festivalda musiqi kollektivləri çıxış edirlər. Bununla bağlı fotoları sosial şəbəkələrdə festivala qatılan qonaqlar paylaşıb.
Qeyd edək ki, festival Şuşanın Ermənistanın işğalından azad olunmasından sonra ilk dəfədir ki, keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan festivalın iki gün - mayın 12-si və 13-də keçirilməsi nəzərdə tutulub.
Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək. Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...
-
TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə
...
-
“Avroviziya-2024”də Azərbaycanı o təmsil edəcək
...
-
"Səma ilə görüş” filminin qala gecəsi keçirilib
...
-
Kino ittifaqları birləşdi - Rasim Balayev sədr oldu
...
-
Milli Teatr Günündə Musiqili Teatrda premyera –"İki küpəgirən qarı"
...
-
CineMastercard”da “Hayatla Barış” filminin təqdimatı keçirilib - Video
...
-
Deniz Çakırdan - Yeni fotolar
...
-
Akademik Musiqili Teatrda “Mən dəyərəm min cavana” 90-cı dəfə nümayiş olunacaq
...