“Bu gün yuxularımızın gerçəkləşdiyi gündür” - Hacı Şahin
“Əziz həmvətənlərimiz, bu gün Ramazan bayramıdır. Ramazan bayramı İslan dinində ən əlamətdar günlərdən biridir”
Bu barədə Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli Şuşadakı Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı mərasimində deyib.
Onun sözlərinə görə, Ramazan bayramı bu gün bizim üçün xüsusən əlamətdardır:
“Bu gün bayram bayrama qarışıb. Çünki biz Şuşamızda bayram namazı qılırıq. Bu, böyük tarixi hadisədir. Uzun illər boyu bu günləri arzulamışıq. Bu günlərin həsrəti ilə yaşamışıq. Biz bu məscidlərdə ibadət eləmək arzusu ilə günlərimizi keçirmişik. Gecələr yuxumuzda bu məscidlərdə ibadət etdiyimizi görmüşük”.
Din xadimi bildirib ki, bu gün bu yuxunun gerçəkləşdiyi gündür:
“Bu gün Şuşa məscidində - yuxarı Gövhər Ağa məscidində Şuşaya xitabən belə deyirik: “Gözün aydın, əziz Şuşa! Artıq məscidlərindən azan səsləri gəlir. Artıq məscidlərində bayram namazı qılınır”.
Həqiqətən də, hissləri ifadə etmək mümkün deyil. Bu torpağa qədəm qoyan andan o qədər həyəcanlıyam ki, ömrümün sonuna qədər bu günü, bu anı unutmayacam. Biz bu gün burada bütün xalqımızın adından dualar etdik”.
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...