Güləşçimiz Avropa çempionu oldu

02:47 19-05-2021 | icon 1411
Güləşçimiz Avropa çempionu oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

70 kq-da çıxış edən sərbəst güləşçimiz Cəbrayıl Hacıyev Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib. 

 

Moldova güləşçisiylə gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılan Cəbrayıl ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb.


Digər xəbərlər

0.2998640537262