Güləşçimiz Avropa çempionu oldu

07:44 23-05-2021 | icon 2096
Güləşçimiz Avropa çempionu oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Mübarizəyə 1/4 finaldan qoşulan Zaur Əliyev Rumıniyadan olan rəqibinə gücünü göstərərək yarımfinala yüksəlib. Rusiya pəhləvanıyla ağır mübarizə şəraitində keçən qarşılaşmadan da qalib ayrılan Əliyev adını finala yazdırıb. Zaur həlledici görüşdə Türkiyə təmsilçisiylə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada əzmkar qələbə qazanan həmyerlimiz Avropa çempionu olub.

 

Onun adaşı Zaur Nuriyev isə debütdə Rumıniya güləşçisinə məğlub olub.

Laçın Vəliyev ilk mərhələdə Polşadan olan rəqibini üstələyib. Ancaq daha sonra Rusiya güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün Laçın mayın 22-də təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Vəliyev Yunanıstan güləşçisinə qalib gəlsə də, macar həmkarına uduzub.

Sərxan Məmmədov ilk görüşdə Serbiya idmançısına minimal hesabla qalib gəlib. Ancaq daha sonra İsveçrə təmsilçisiylə bacarmayıb.


Digər xəbərlər

0.25815892219543