COVID pasportu olanlara bu güzəştlər ediləcək
Prezidentin köməkçisi Şahmar Mövsümov Azərbaycanda COVID-19 pasportunun tətbiq edilməsi ilə bağlı qaydaları açıqlayıb.
Ş.Mövsümov brifinqdə çıxış edərək bildirib ki, COVID pasportu iki sertifikatdan ibarətdir: “Birincisi peyvəndləşmə sertifikatıdır. Bura hər iki peyvəndi alan şəxslər daxildir.
İkinci sertifikat isə immunitet sertifikatıdır, bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Çünki virusa yoluxub sağalan şəxslər vaksin olunmur.
Bu iki sənəddən biri olan şəxslər COVID pasportu ilə idman-sağlamlıq mərkəzlərindən istifadə edə biləcəklər. Bu yerlərin işçilərinin vaksinasiya, yaxud immunitet sertifikatı olması tələb olunur. İşçilərin 80 faizinin COVID pasportu olan yerlərin fəaliyyətinə icazə veriləcək.
Gələcəkdə COVID pasportu olan şəxslərin digər xidmətdən istifadə etməsinə də imkan veriləcək. Burada konsertlər, teatrlar, kinoteatlar, toy və digər şənliklərdən söhbət gedir. Bu xidmətlərdən istifadə etmək istəyən vətəndaşlara təcili vaksinasiyadan keçməyi tövsiyə edirəm”.
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...
-
Sabah Bakıda 29° isti olacaq
...