Ağdam şəhərinin Baş Planı təsdiq ediləcək və onun əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır

12:42 31-05-2021 | icon 1673
Ağdam şəhərinin Baş Planı təsdiq ediləcək və onun əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır

Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olacaq və onların
təklifləri də nəzərə alınacaqdır. Ağdam şəhəri üçün çox önəmli və 140 illik
tarixi olan 1 saylı məktəbin təməli qoyuldu. Gələcəkdə burada iş yerlərinin
yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın
ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də
minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli
qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda,
Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə
tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir.
Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb.
Böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə
zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər.
Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı
şəhər” konsepsiyası əsasında qurulacaq.
Ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı
soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin
dağıdılması. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim
torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə
yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən
sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil.
Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi.
Tarixi-dini abidələrimiz söküldü.
Azərbaycan çalışırdıki, münaqişəni sülh yolu ilə həll etsin. Ölkəmizin
vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun
əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə
məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində
aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara
sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr
Azərbaycan torpağından çıxmalıdır.
Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə
qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar
prosesinə son qoyuldu. Bütün danışıqlar dövrü – 2003-cü ildən son
hadisələrə qədər Azərbaycan xalqı bütün proseslərin şahidi olub.
Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz
aqressoruq, sanki biz işğalçıyıq. Ona görə də biz hər zaman deyirdik ki,
əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır.
Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin
bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq
müharibəni qaçılmaz etmişdi.
Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı
işğalçılardan azad edə bilməzdik. Ancaq güclü və müstəqil Azərbaycan,
sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi
missiyanı şərəflə yerinə yetirdi;
44 günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin
rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi.
Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik,

düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq
dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz
irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən
müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz
məğlubiyyətini artıq dərk etməyə başlamışdı.
Biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin
bütün qaydalarına riayət etmişik. Məhz buna görə Ermənistan tərəfində
mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı
orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı
heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı
törətməmişik və digər hərbi cinayətlər törətməmişik.
Xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir
və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci
Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini
göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi
qalacaqdır. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə
yaşayacaq.
Ermənistan məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda
törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında
yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən
vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə Ağdam deyil, azad edilmiş bütün
torpaqlarda mənzərə eynidir. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib.
Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, ermənilərin aqibətinə
bənzərolacaq.
30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura
bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya
bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat
qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi – əgər bu işğal
olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər
tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da
müstəqil dövlət kimi yaşaya bilərdi. Açıq etiraf edirlər ki, öz dövlətini, öz
sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar – indiki
hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin
üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük
səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə
düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir.
Azərbaycan Ordusu hücuma Ağdamdan başlasa idi böyük səhv olardı.
Burada ermənilər çox mürəkkəb istehkam qurmuşdular, elə minalamışdılar
ki, buradan bizim hücum etməyimiz böyük yanlışlıq olardı. Ancaq biz bu
istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni
ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların
manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq.
Müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunmuşdur.
Ondan sonra Füzuli, ondan sonra Hadrut, ondan sonra Murovdağ,
Suqovuşan, Zəngilan, Qubadlı. 10 noyabrda Ermənistankapitulyasiya aktını
imzaladı. Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki,
Paşinyan hansı formada imzaladı. O da müharibənin, zəfərin kulminasiyası
idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir.
44 günlük müharibə şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix

dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasındaAzərbaycanın
göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin
nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz
sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu
müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq,
şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi
imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa,
əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsəheç vaxt Qələbə
qazanmazsan.
Əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir.
Əgər xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə olarsa,
dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər
və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi
ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki,
cavabsız qalmamalı idi və qalmadı.

Hüseyn Buludov
Saatlı rayonu A.Ağayev adına Sarıcalar kənd ümumi orta məktəbinin
Azərbaycan dili və ədəbiyyatı müəllimi


Digər xəbərlər

0.27690505981445