“Xaliq Faiqoğlu” şirkətinin avtobuslarında kondisionerlər qoşulub

12:43 31-05-2021 | icon 2006
“Xaliq Faiqoğlu” şirkətinin avtobuslarında kondisionerlər qoşulub

Yay mövsümünün başlaması ilə əlaqədar 31 may 2021-ci il tarixindən etibarən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan və AVRO-5/AVRO-6 standartlarına cavab verən müasir avtobuslarda havasərinlədici sistemlərin qoşulmasına başlanıb.

Bu barədə şirkətdən bildirilib.

Qeyd edilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə gün ərzində havanın temperaturunun müəyyən edilmiş səviyyəyə çatması ilə avtobuslarda kondisionerlər işlək vəziyyətdə olacaq.

Həmçinin bildirilib ki, “Xaliq Faiqoğlu” şirkəti fəaliyyətində sərnişindaşıma keyfiyyətinin artırılmasını, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsini əsas götürür və bu istiqamətdə müxtəlif layihələr icra edir.


Digər xəbərlər

0.23159790039062