Mehriban Əliyeva uşaqları təbrik etdi

13:23 01-06-2021 | icon 1748
Mehriban Əliyeva uşaqları təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Bu gün - 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu nurlu, gözəl gün münasibətilə bütün balaları səmimi qəlbdən təbrik edirəm! Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram! Uca Tanrı uşaqları bütün qada-baladan qorusun!”


Digər xəbərlər

0.25217819213867