Dövlətimiz dünyada Covid - 19 - a qarşı ən effektiv mübarizə aparmağı bacaran nadir ölkələrdəndir

16:25 03-06-2021 | icon 2086
Dövlətimiz dünyada Covid - 19 - a qarşı ən effektiv mübarizə aparmağı bacaran nadir ölkələrdəndir

Mənbəyinin hardan olmasından, necə yaranmasından asılı olmayaraq Covid-19 virusu bütün
ölkə sərhədlərini aşaraq artıq Yer kürəsinin hər yerini çulğamışdır. Baxmayaraq ki, ilkin dövrdə o çox
zəif sürətə malik idi, indi isə faktiki olaraq qlobal miqyasda fəlakətə çevrilmiş virus bütün səhiyyə
təsisatlarını, iqtisadi – sosial layihələri təhdid edən qorxunc yuxu olmuşdur.
Covid-19 – un hələ ilk yarandığı günlərdə onu qeyri – ciddi qəbul edənlər belə onun qurbanına
çevrilməkdən qurtula bilməmişlər. Artıq dünyada onun qurbanlarının sayı 3,7 milyonu ötmüşdür.
Yoluxma statistikası isə rəsmi 173 milyonun qat – qat üstündədir.
Dövlətimiz dünyada Covid – 19 – a qarşı ən effektiv mübarizə aparmağı bacaran nadir ölkələrdəndir.
Hələ virusun yayılmağa başladığı ilk günlərdə çevik tərpənən Azərbaycan hökuməti çox ciddi tədbirlər
görmüş, zaman – zaman yeni tədbirlərlə virusun fəsadlarını qabaqlamağa çalışmışdır. Ölkəmizdə
görülən çox ciddi tədbirlərin nəticəsi tezliklə özünü göstərmiş, ölüm və yoluxma halları müvafiq
ölkələrdən qat – qat az olmuşdur.
Pandemiyaya qalib gəlmək üçün ölkəmizin bütün resursların cəlb edilmiş, bütün dövlət strukturları
səfərbər edilmişdir. Hələ 2020 – ci ilin əvvəllərində virusun tək – tük görüldüyü ölkələrlə belə
sərhədlər bağlanmış, ölkəyə gələnlər ciddi karantinə alınmışdır.
Pandemiyanın iqtisadi zərərlərini qabaqlamaq üçün 2 milyard dollarlıq sosial – iqtisadi təşviq paketi
hazırlanmışdır. Bununla da əhalinin və iqtisadi təsisatların gələcəyi güvəncə alınmışdır. Tətbiq edilən
karantin rejimi sayəsində virusun yayılmasə önlənmiş, labüd fəlakətin qarşısı alına bilmişdir.
Ölkəmiz 2021 – ci ilin yanvar ayından peyvənd kompaniyasına başlamış və qabaqcıl ölkələrin bu
sahədə nailiyyətlərini ilk tətbiq edən ölkələrdən olmuşdur. Artıq 99,94 % - i “Sinovak”, qalanı isə
“Astra Zeneca” və “Sputnik” olmaqla 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu isə əhalinin 20
faizi deməkdir. Pandemiyanın mənfi təsirinə qarşı tibb müəssisələrinin səfərbər edən Respublikamızda
tezliklə 13 modul, 1 daimi xəstəxana inşa edilmişdir. Müəyyən edilən xəstəxana çarpayılarının sayı 10
mindən artıqdır. Azərbaycan həmçinin pandemiya ilə mübarizədə dünya ölkələrinə yardımını da
əsirgəməmiş, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar könüllü yardım etmişdir.
Həmçinin, koronavirusla əlaqədar 30 – dan artıq ölkəyə humanitar və maliyyə yardımı etmişdir. Məhz
buna görə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkəmizi Pandemiya ilə mübarizədə nümunəvi ölkə
adlandırmışdır.
Elvin Əliyev
Saatlı rayon Ö.F.Nemanzadə adına Günəşli kənd ümumi
orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi


Digər xəbərlər

0.25616192817688