Bakıda "Qarabağ Azərbaycandır!" futbol turniri start götürdü
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Ordumuzun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş "Qarabağ Azərbaycandır!" futbol turnirinin açılış mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) dəstəyi ilə idman jurnalistləri arasında təşkil olunmuş tədbir akademiyanın stadionunda gerçəkləşib.
Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ADBTİA-nın rektoru, professor Fuad Hacıyev, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, digər futbol veteranlarından İqor Ponomaryov, Maşallah Əhmədov, Asif Əliyev, Nurəddin Əliyev, MEDİA rəsmisi İlkin Nadirov, Peşəkar Futbol Liqasının Texniki idman şöbəsinin rəisi Elgiz Abbasov və AİJF-nin prezidenti Qabil Mehdiyev başda olmaqla, İdarə Heyətinin üzvləri iştirak ediblər.
Komanda iştirakçıları könüllülərin müşayiəti ilə təqdim olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca isə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnir iştirakçılarını salamlayan İ.İsmayılov Vətən müharibəsindəki qələbənin önəmindən bəhs edib və bildirib ki, komandalarının adlarının işğaldan azad edilmiş şəhərlərlə verilməsi təqdirəlayiq addımdır. O, qalib komandaya nazirlik adından pul mükafatının təqdim ediləcəyini də vurğulayıb.
F.Hacıyev hər zaman belə turnirlər üçün əllərindən gələn istənilən dəstəyi verməyə hazır olduqlarını söyləyib. Hacıyev həmçinin ADBTİA stadionunun ot örtüyünün istənilən vəziyyətdə olmadığını deyərək, bu məqsədlə AFFA-dan dəstək istəyib.
Daha sonra yarış açıq elan olunub və ilk turun görüşləri keçirilib.
"Qarabağ Azərbaycandır" turniri
I tur
A qrupu
11 iyun (cümə)
"Cəbrayıl" - "Qubadlı" - 1:7
"Laçın" - "Füzuli" - 0:7
B qrupu
"Zəngilan" - "Kəlbəcər" - 11:2
"Ağdam" - "Şuşa" - 3:0
Qeyd edək ki, növbəti iki turun oyunları iyunun 13-də və iyunun 15-də, yarımfinallar iyunun 19-da, həlledici oyunlar isə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə olacaq.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...