Qaradağda dövlət qulluqçularının peşə bayramı ilə bağlı videokonfrans

14:30 23-06-2021 | icon 3110
Qaradağda dövlət qulluqçularının peşə bayramı ilə bağlı videokonfrans

Qaradağ rayonunda 23 iyun - dövlət qulluqçularının peşə bayramı günü münasibətilə videokonfrans keçirilib. Videokonfransda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, başçının müavinləri, aparatın işçiləri və rayonun digər qurumlarında çalışan dövlət qulluqçuları iştirak edib.

Videokonfransı giriş sözü ilə açan icra başçısı Süleyman Mikayılov 23 iyun – dövlət qulluqçularının peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını təbrik edib: "Azərbaycanda dövlət quruculuğu sahəsində əsaslı islahatlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə başçısı İlham Əliyevin qayğısı ilə dövlət qulluğunda çalışan hər kəsin və onun ailə üzvlərinin yaxşı yaşayıb işləməsi üçün müvafiq şərait yaradılıb".

İcra başçısı dövlət qulluğu sahəsində kadr siyasətinin əsas prinsiplərindən, dövlət qulluqçularının cəmiyyətdəki yeri və rolundan, onların hüquq və vəzifələrindən söhbət açıb: "Bu insanların fəaliyyəti həmişə cəmiyyətin diqqət mərkəzində olur, onların hər bir addımı, hər bir hərəkəti sıravi vətəndaşlar tərəfindən diqqətlə izlənilir, bütövlükdə hər bir vətəndaş öz gündəlik həyatında rastlaşdığı problemlərin həllində onlara böyük ümidlər bəsləyir və onlar bu ümidləri mütləq doğrultmalıdırlar". 

 

Tədbirin sonunda dövlət qulluğunda çalışan dövlət qulluğu sahəsində fərqlənən dövlət qulluqçularının Fəxri Fərmanla təltif olunması barədə sərəncam imzalanıb. 

 

 

 

Digər xəbərlər

0.23704791069031