Dünya Güləş Birliyindən Namiq Əliyevə yeni vəzifə
Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyevə ali qurum tərəfindən məsul vəzifə həvalə olunub.
Azərbaycan Güləş Federasiyasının prezident əvəzi sabah Almaniyanın Dortmund şəhərində start götürəcək gənclərin Avropa çempionatında UWW-nin texniki nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Qarşıdakı bir həftə boyunca yarışa rəhbərlik edəcək Namiq Əliyev bu gün keçirilən iclasda və püşkatma mərasimində iştirak edib.
Tədbirdə pandemiya şəraitində UWW tərəfindən müəyyən edilmiş təhlükəsizlik tədbirləri, müvafiq qaydalar komandaların məşqçilərinin diqqətinə çatdırılıb. Son aylarda yarışlarda olduğu kimi, bu dəfə də görüş zamanı xalçanın kənarında əyləşəcək məşqçilər və mükafatlandırma mərasimində təltif olunacaq güləşçilər mütləq şəkildə maskadan istifadə etməlidir. Eyni zamanda, qarşılaşmaları idarə edəcək hakimlər də xalçada olarkən xüsusi qoruyucu vasitədən yararlanmalıdır.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...