Güləşçimiz ermənini məğlub edib yarımfinala yüksəldi
Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk yarış günündə 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.
Azərbaycan təmsilçilərindən Murad Haqverdiyev (57 kq) ilk görüşdə türkiyəli rəqibinə uduzub.
Sabir Cəfərov (65 kq) təsnifat mərhələsində Slovakiya idmançısını vaxtından əvvəl məyus edib. O, daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. 1/4 finalda Türkiyə güləşçisi üzərində də böyükhesablı qələbəyə sevinən Cəfərov yarımfinala yüksəlib.
Turan Bayramov (70 kq) qitə birinciliyinə Almaniya güləşçisi üzərində inamlı qələbə ilə start verib. Bayramov 1/4 finalda daha öncə bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn Bayramov adını yarımfinala yazdırıb.
Səbuhi Əmiraslanov (79 kq) 1/8 finalda rusiyalı rəqibinə məğlub olub.
Zəfər Əliyev (97 kq) debütdə gürcüstanlı həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq 1/4 finalda o, Ukrayna idmançısıyla bacarmayıb.
57 kq
1/8 final: Murad Haqverdiyev – Ahmet Karavuş (Türkiyə) 4:12
65 kq
Təsnifat: Sabir Cəfərov – Tomas Şoerqo (Slovakiya) 10:0
1/8 final: Sabir Cəfərov - Luis Mazoyer (Fransa) 10:0
1/4 final: Sabir Cəfərov - Burak Sinin (Türkiyə) 7:0
1/2 final: Sabir Cəfərov - Turpal Xatuyev (Rusiya)
70 kq
1/8 final: Turan Bayramov – Simon Monz (Almaniya) 10:0
1/4 final: Turan Bayramov - Narek Harutyunyan (Ermənistan) 5:0
1/2 final: Turan Bayramov - Davit Patsinaşvili (Almaniya)
79 kq
1/8 final: Səbuhi Əmiraslanov – Rasul Asluyev (Rusiya) 1:6
97 kq
1/8 final: Zəfər Əliyev – Luka Xutçua (Gürcüstan) 12:2
1/4 final: Zəfər Əliyev - Danilo Stasiuk (Ukrayna) 0:10
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...