Bu şənbə avtobus və metro işləyəcək

01:03 30-06-2021 | icon 1863
Bu şənbə avtobus və metro işləyəcək

İyulun 3-də Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalar adi rejimdə fəaliyyət göstərəcək.

Buna səbəb həmin tarixdə Bakı Olimpiya Stadionunda Avropa Çempionatının 1/4 final oyunlarından birinin (Danimarka - Çexiya) keçirilməsidir. 

 

Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən iyulun 3-də ictimai nəqliyyat və metro fəaliyyət göstərəcək. 

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən iyul ayında həftəsonları avtobuslar və metro işləməyəcək.


Digər xəbərlər

0.54199314117432