İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı

12:19 06-07-2021 | icon 1821
İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı

Ümumiyyətlə, qlobal maliyyə böhranı və son üç il ərzində dünya bazarında xam neftin
qiymətinin ucuzlaşması və bütövlükdə iqtisadi inkişafın xarakterinə qlobal təzyiqlərin artması
müvafiq strateji yol xəritəsinin işlənib hazırlanmasını və reallaşdırılmasını sürətləndirdi. Bu
reallığı nəzərə alan Azərbaycan hökuməti milli iqtisadiyyatın inkişafını təmin edəcək
konseptual sənədi – Strateji Yol Xəritəsini qəbul etdi. Daha dəqiq desək, Prezident İlham
Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” qəbul olundu. Qeyd etmək yerinə
düşər ki, milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli
dövrləri əhatə etməklə, üç dövrü – 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı
dövrü əhatə edir.
Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji yol
xəritələrinin uğurlu icrası makroiqtisadi sabitlik, qeyri-neft sektorunun və ixracının artımı,
ticarət və fiskal balansın yaxşılaşması, əlverişli biznes mühiti və sərmayə cəlbi,
infrastrukturun davamlı təkmilləşdirilməsi və əhalinin sosial rifahı, habelə ölkəmizin
beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir.
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri haqqında sənəddə
deyilir ki, bu, iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahını daha da
artıracaq, investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış imkanlarını
genişləndirəcək və insan kapitalının inkişafına yardım edəcək. Bunun nəticəsində
Azərbaycanın dünya iqtisadiyyatında mövqeyinin daha da gücləndirilməsi və yüksək gəlirli
ölkələr qrupuna daxil olması planlaşdırılır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin qiymətləndirməsinə görə, sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil,
həm də hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və
görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir.
Mütəxəssislər vurğulayırlar ki, ciddi təhlillər üzərində qurulan Strateji Yol Xəritəsində
Azərbaycanda mövcud iqtisadi vəziyyət, həm də qlobal və regional trendlər nəzərə
alınmışdır. Ən əsası, strateji yol xəritələrinin layihələri hazırlanarkən maraqlı tərəflərin,
vətəndaş cəmiyyəti institutlarının rəy və təklifləri də diqqətdən yayınmamışdır. Nəzərdə
tutulan layihələr neft-qaz, kənd təsərrüfatı, istehlak malları istehsalı, ağır sənaye və
maşınqayırma, ixtisaslaşmış turizm, logistika və ticarət, əhalinin müvafiq qiymətə mənzil
təminatı, peşə təlimləri, maliyyə xidmətləri, telekommunikasiya və kommunal xidmət
sahələrini əhatə edir. Xüsusilə vurğulamaq lazımdır ki, konseptual sənədin həyata
keçirilməsində başlıca məqsəd iş yerlərinin yaradılması, mənzil təminatı, təhsil və səhiyyə
xidmətləri, kommunal xidmətlər və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya keçid
yolu ilə yoxsulluğun azaldılmasıdır. Qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici
rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir.
Bu dövrün iqtisadi inkişaf perspektivinin fundamental əsası - makroiqtisadi sabitliyin
qorunması, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun investisiya qoyuluşlarının
təşviqi və dəstəkləyici dövlət sektorunun yaradılmasıdır. 11 sektor üzrə hazırlanmış və
təsdiqlənmiş 12 yol xəritəsinin altısı bilavasitə real sektorla, o cümlədən neft-qaz və kimya
məhsullarının, kənd təsərrüfatı məhsullarının istehsalı, turizm sektorunun inkişafı ilə bağlıdır.
İki sahə bilavasitə sosial məsələlərlə əlaqədardır. Dünya təcrübəsi göstərir ki, bu gün milli
iqtisadiyyatların davamlı inkişaf modelinə keçidinin təmin edilməsi həlledici dərəcədə insan
kapitalının həcmi və keyfiyyəti ilə bağlıdır. Telekommunikasiya və maliyyə-bank sektorunun
inkişafı da konseptual sənədin hədəf mərkəzindədir. Strateji Yol Xəritəsində logistika və
ticarətin inkişafı da prioritet istiqamət təşkil edir.
Sefiyev Sahib Əlisahib oglu,
Saatlı rayon Soltanabad kəndinin ibtidai sinif müəllimi


Digər xəbərlər

0.23268795013428