“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı
Bu gün Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının 2021/22 mövsümündə ilk oyununa çıxıb.
Paytaxt klubu bu turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu “Dinamo” (Tiflis) ilə qarşılaşıb.
Bu komandalar arasındakı ilk matç Tiflisdə baş tutub. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start verilib.
7 illik fasilədən sonra, tarixində 7-ci dəfə Çempionlar Liqasına qatılan “Neftçi” qayıdışını 7-ci ayın 7-ci günündə reallaşdırıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
7 iyul
20:00. Dinamo (Tiflis) - Neftçi
Baş hakim: David Fuksman (İsrail).
Tiflis. Boris Payçadze adına “Dinamo Arena”.
***
"Dinamo": Kvasxvadze, Sporkslede, Xvadqiani, Papava (k), Qbenyon, Xarabadze, Radin, Kardava, Kutsiya, Marusiç, Qabedava Ehtiyat oyunçular: Miqineişvili, Kalandadze, Kobouri, Axvlediani, Osey, İaşvili, Morçiladze, Mekvabişvili, Kavtaradze
"Neftçi": Aqil Məmmədov, Voislav Stankoviç, Mamadu Mbodj, Mert Çelik, Yusuf Laval, Sabir Buqrin, Mamadu Kane, Emin Mahmudov (k), Harramiz Suares, Namik Ələskərov, Sezar Meza Kolli
Ehtiyat oyunçular: Kamran İbrahimov, Əlirza Müştəbəzadə, Fəhmin Muradbəyli, İsmayıl Zülfüqarlı, Mirabdulla Abbasov, Ömər Buludov, Vüsal Əsgərov, Asim Əlizadə, Emin Zamanov, Xəyal Nəcəfov
***
Oyun başladı.
***
Neftçi hesabı açdı. Namiq Ələsgərov 23-cü dəqiqədə fərqlənərək hesabı açır.
***
“Dinamo” hesabı bərabərləşdirir. Zoran Maruşiç 36-cı dəqiqədə fərqlənir.
***
Matçda fasilə oldu.
***
İkinci hissə başladı.
***
Emin Mahmudov 57-ci dəqiqədə penaltidən fərqlənərək hesabı 2:1 edir.
***
Matç bitdi. “Neftçi” Çempionlar Liqasındakı ilk matçında qələbə qazanır.
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...