Dövlət Gömrük Komitəsində nələr baş verir? DGK Bəylər Əyyubovla şərik işləyir?

11:56 11-07-2021 | icon 2195
Dövlət Gömrük Komitəsində nələr baş verir? DGK Bəylər Əyyubovla şərik işləyir?

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gələn və sahibkarlara məxsus yüklərin hamısı uzun müddət ərzində gömrük ambarında deyil, aeroportun yaxınlığında bəzi vəzifəlilərə məxsus şəxsi pullu ambarda saxlanılır.

"Kanal Turan"a Gömrük xidmətindəki mənbələrdən daxil olan informasiyaya görə Gömrük Komitəsi Bəylər Əyyubovla şərik işləyir.


Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gələn və sahibkarlara məxsus yüklərin hamısı uzun müddət ərzində gömrük ambarında deyil, aeroportun yaxınlığında bəzi vəzifəlilərə məxsus şəxsi pullu ambarda saxlanılır.

Bu ambarların çoxunun isə prezidentin baş mühafizəçisi Bəylər Əyyubova məxsus olduğu deyilir.


Gömrük Komiəsində sahibkarları məcbur edirlər ki, bəyannamə qiymətlərini qaldırsınlar. Müqavilə və invoys qiymətləri isə nəzərə alınmır.


Gömrük anbarlarında saxlanılan mallara görə alınan rüsumda isə Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin özünün və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyevin də şəxsi faizləri var.

Təkrar edirik. Bu informasiya Gömrük Komitəsindəki mənbənin ötürdüyü xəbərdir.(Kanal Turan)


Digər xəbərlər

0.23952794075012