Sabah hava necə olacaq?
İyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-24 isti, gündüz 29-34 isti, Bakıda gecə 22-24 isti, gündüz 32-34 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24 isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 31-36 isti, dağlarda gecə 10-15 isti, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...