Şuşada özəl mərkəz yaradılacaq - Nazir açıqladı
“DOST xidmətlərinin 2025-ci ilədək bütün ölkəni əhatə etməsi planlaşdırılır”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev REAL-a müsahibəsində deyib.
“Növbəti mərhələdə çox geniş spektrdə DOST mərkəzləri şəbəkəsi yaradılacaq. Ümumilikdə, ölkə üzrə 17 regional mərkəzimiz olacaq.
Bir regional mərkəzimiz Naxçıvanda, biri işğaldan azad edilmiş ərazilərimizdə, beşi Bakıda, digərləri isə respublikanın digər regionlarında yerləşəcək”, - nazir bildirib.
Onun sözlərinə görə, 47 DOST filialı yaradılacaq:
“Bütün işğaldan azad edilmiş rayonlarımızda o filiallar olacaq. Eyni zamanda, sosial xidmətlərin göstərilməsi üçün Şuşada çox özəl bir mərkəz yaradılacaq. Prezident bu istiqamətlər üzrə öz tapşırıqlarını verib.
Hazırda Gəncə, Sumqayıt, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarında DOST mərkəzləri şəbəkəsinin yaradılması üçün layihələndirmə, tikinti-quraşdırma işlərinə başlanılıb.
Düşünürük ki, 2023-cü ilin sonunadək səkkiz regional mərkəz yekunlaşdırılacaq. Mövcud beş mərkəzin üzərinə gələndə 13 regional mərkəzimiz olacaq. 2025-ci ilədək isə bu say 17-yə çatdırılacaq”.
S.Babayev vurğulayıb ki, regional mərkəzlər açıldıqca, o regiona bağlı rayonlarda filiallar açılacaq.
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...