Prezident bu səfirləri geri çağırdı

17:48 16-07-2021 | icon 1787
Prezident bu səfirləri geri çağırdı

Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə Ağalar Rahim oğlu Atamoğlanov təyin olunub.

Dövlət başçısının digər sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

***

Prezident İlham Əliyev daha bir səfirlə bağlı sərəncam verib.

Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Lətif Seyfəddin oğlu Qəndilov isə Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.


Digər xəbərlər

0.30542302131653