"Azərxalça" "Zəfər müsabiqəsi" elan edib

11:18 17-07-2021 | icon 2927

“Azərxalça” ASC qələbə mövzusunda hazırlanmış “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi" elan edib.

Bu barədə qurumdan məlumat verilib.

“Zəfər” kolleksiyasının bir parçası olmaq, qələbəyə həsr olunmuş əsərlərini bizimlə paylaşmaq və ən əsası “Azərxalça” ASC-də çalışmaq istəyən bütün gəncləri müsabiqəmizdə iştirak etməyə dəvət edirik.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçılara qarşı başladığı əks-hücum əməliyyatı, 44 gün davam edən müharibə və əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. “Azərxalça” ASC isə ölkəmizin müharibədə əldə etdiyi möhtəşəm qələbəni özünün “Zəfər” kolleksiyası ilə qeyd edəcək. Kolleksiyanın hazırlanması isə gənclərə həvalə ediləcək", - deyə qurum bəyan edib.

Müsabiqənin şərtinə görə, iştirakçı [email protected] adresinə portfolio (15 foto) və “Zəfər” kolleksiyasına aid eskizlər (3 foto) göndərməlidir.

Üzərində “Zəfər” mövzusunda təsvir olan xalça və ya xalça məmulatı modelləşdirmək, hər hansı səhnənin təsviri, milli xalça detallarından qaynaqlanan abstraksiyalar və s. göndərilməsi xahiş olunur.

Müsabiqədə iştirak üçün yaş həddi 21-35 arasıdır və müraciətlər avqustun 10-na qədər qəbul edilir.

Müsabiqədə qeyd olunmuş yaş aralığına aid rəssamlar, dizaynerlər, xalçaçı rəssamlar və s. iştirak edə bilərlər. Seçilmiş 20 nəfər ən yaxşı müsabiqə iştirakçısının işlərini münsiflər heyəti müəyyən edəcək. Seçilmiş gənclər bir ay ərzində “Azərxalça” ASC emalatxanalarında həm yerli, həm də xarici mütəxəssislər tərəfindən təlimə cəlb olunacaqlar. Təlimlərdə ən yaxşı nəticə göstərmiş üç gənc müsabiqənin sonunda mükafatlandırılacaq. İlk yerin sahibi “Azərxalça” ASC-də rəsmi işə başlayacaq. Digər iki gənc müəsissə ilə daimi əməkdaşlıq edəcək.

Təlim iştirakçılarının ən bəyənilən eskizləri “Zəfər” kolleksiyasının hazırlanmasında istifadə oluncaq.


Digər xəbərlər

0.25441908836365