Güləş millimizdə şok - Olimpiadaya vəsiqə qazanan idmançımız zədələndi
Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Hacımurad Hacıyev zədələnib.
74 kq-da mübarizə aparan idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazansa da, Yaponiyaya gedə bilməyəcək. Hacıyev güləş millisinin Göygöldə məşqləri zamanı zədələnib və müalicə olunsa da, sağalmayıb.
Olimpiadaya vəsiqə qazanan idmançının məşqlər zamanı ciddi xəsarət almasının səbəbi isə açıqlanmayıb. Onun yerinə komandamızın digər üzvü Turan Bayramov yarışa qatılacaq.
Hacımurad Hacıyevin Olimpiadaya getməyəcəyi bir müddət öncədən bəlli olsa da, Azərbaycan Güləş Federasiyası bunu təkzib edirdi. Federasiya 74 kq-da yarışacaq idmançını zədəli vəziyyətdə Tokioya aparmaq niyyətində olsa da, vəziyyətinin ağırlığı buna imkan verməyib.
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...