Kimlər sosial tələbə krediti ala biləcək? - Siyahı
Tələbə Təhsil Kreditlərinin (TTK) iki növü tətbiq ediləcək.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası”nda nəzərdə tutulub.
Sənədə əsasən, TTK-nin iki növü – sosial və standart növləri olacaq.
Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:
Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
3-cü dərəcə əlilliyi olanlar;
Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:
1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;
İşsiz kimi qeydiyyatda olanlar;
Yaşa görə əmək pensiyası alanlar;
Yaşa görə sosial müavinət alanlar.
Tədris semestri (yarımili) müddətində TTK-nin verilməsi barədə müraciət edildiyi gün tələbə bu Qaydada göstərilən kateqoriyalardan birinə aid olduğu halda həmin semestr (yarımil) üçün sosial TTK almaq hüququna malikdir.
Sosial TTK almaq hüququ olmayan aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart TTK almaq hüququna malikdirlər:
Birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar);
İllik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.
Standart TTK almaq hüququ müraciət tarixinə bu Qaydada göstərilən şərtlər eyni vaxtda yarandıqda təmin olunur.
TTK ilk növbədə sosial TTK hüququ olanlara verilir.
TTK bu Qaydada göstərilən təhsil pillə və səviyyələri və həmin pillə və səviyyələrin hər tədris semestri (yarımili) üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir.
TTK almaq hüququnu müəyyənləşdirən halların müraciətin qeydiyyata alındığı tarixdən sonra dəyişməsi həmin semestr üçün verilmiş kredit şərtlərini dəyişdirmir.
-
Nazir “Son zəng”lə bağlı əmr imzaladı
...
-
6-cı siniflərdə bu fənlər keçirilməyəcək
...
-
Emin Əmrullayev uşaqları Şuşadan təbrik etdi - Video
...
-
UNEC Zaqatala filialında Azərbaycan Respublikasının müstəqilliyi günü ilə əlaqədar dəyirmi masa keçirilib
...
-
Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin direktoru Ceyhun Cahangirov təltif olunub - FOTO
...
-
Mətin Kərimliyə yüksək vəzifə verildi
...
-
Astarada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsil Festivalı keçirilib
...
-
İmtahan sualları bu bunkerdə hazırlanırmış... - Video
...
-
UNEC Zaqatala filialında ümummilli Lider Heydər Əliyevin yüz illik yubileyi ilə əlaqədar rayon məktəblilərinin bilik yarışması keçirilib
...
-
Emin Əmrullayev Londonda forumda iştirak edir
...