COVID pasportunu rüşvətlə almaq istəyənlərə - Xəbərdarlıq
Vaksinasiya prosesində neqativ hallara yol verilir.
Bununla bağlı “ASAN radio”ya bir neçə fakt daxil olub. Bildirilir ki, vətəndaş tibb işçisinə müəyyən ödəniş müqabilində peyvənd sertifikatı ala bilir. Belə ki, guya vətəndaş “prosesdə” iştirak edir, lakin peyvənd bədənə vurulmur.
Səhiyyə Nazirliyindən “ASAN radio”ya bildirilib ki, nəzarət kameraları, vətəndaş şikayətləri və bənzər müraciətlər nəzərə alınaraq vaksinasiya prosesinin şəffaflığı daimi diqqətdə saxlanılır.
“Bir daha xəbərdarlıq edilir ki, hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.
Azərbaycanda rüşvət almaq kimi rüşvət vermək də cinayətdir. Bu səbəbdən baş vermiş neqativ hallarda hər iki tərəf məsuliyyət daşıyır. Vətəndaşlardan xahiş olunur ki, şahid olduqları neqativ hallarla bağlı səhiyyə qurumlarına və hüquq mühafizə orqanlarına məlumat versinlər”, - deyə nazirlikdən bildirilib.
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...